Pandemiya dövründə imkansız ailələrə ərzaq yardımı.

Pandemiya dövründə imkansız ailələrə ərzaq yardımı.

“Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə 2020-ci il qrant müsabiqəsinin “Pandemiya dövründə imkansız ailələrə ərzaq yardımı” adlı layihəsi çərçivəsində ehtiyaclı ailələrin ərzaq təmini üçün kupon (hədiyyə kartı) paylanılmasını həyata keçirir. Belə ki, 100-ə yaxın ailəyə Araz marketlər şəbəkəsindən ərzaq kuponları çatdırılır. Bu işdə yaxından kömək edən xeyriyyəçi tələbə könüllülərimizin dəstəyi ilə sevgimizi kuponların üzərinə qoyub balalarımıza sevə-sevə göndəririk.