“Gözəl düşüncə”də növbəti mövzumuz “Su və həyat” oldu.

“Gözəl düşüncə”də növbəti mövzumuz “Su və həyat” oldu.

Dünyamızın ən aktual problemi olan- Su.
Könüllü tələbəmiz olan Azərbaycan Memarlıq və İnşaat Universitetin, Memarlıq fakultəsinin 4-cü kurs tələbəsi Həbibli Ağakərim suyun mahiyyəti və su olmazsa qarşılaşacağımız çətinliklərdən danışdı.
Gənc könüllümüz suya çalışdığımız qədər diqqətlə yanaşmalı, suyun yox olmasının qarşısını birlikdə almağa cəhd etməyi və bu barədə ətrafımızdakı insanları da məlumatlandırmağı tövsiyə edərək bu mövzuya diqqətlə yanaşmamızı bizə xatırlatdı. Su və sussuz həyatı müqayisə edərək, sussuz həyatın necə çətin və ağır olduğuna şahid olduq. Gündəlik həyatımızda suya necə qənaət edə biləcəyimizi göstərən broşurlar hazırlanması üçün təklif verildi. Gəlin, suyu israf etməyək. Şükrümüzü artıraq, ehtiyatlı davranaq. Və unutmayaq ki, suyu israf etmək suyu qətl etməkdir. İnsanlar suyu sadəcə məişət tullantıları ilə deyil, düşüncə və duyğu tullantıları ilə də qətl edirlər. Allah hər şeyi qədərində yaratdığı halda, görəsən insan bədəninin hüceyrələrindən tutmuş böyük qitələrin əzəli sakini olan su niyə yox olur? Hər kəsi bu sual ətrafında təfəkkürə dəvət edirik.
Allah israf edənləri sevməz. (Ənam 141)