Məktəbə başlayan əmanətlərimizə məktəb ləvazimatları və forma alındı.

Məktəbə başlayan əmanətlərimizə məktəb ləvazimatları və forma alındı.

Yeni tədris ilinin başlaması ilə dünyanın hər bir küncündə elm dəryasına yeni gəmilər öz yelkənlərini açma sevinci yaşayır.
“Cığır” MDİD İB-in bu ilki əziz birinciləri də ilk dəfə parta arxasında oturmağın ümid və həyəcanını xeyirsevərlərlə bölüşür.
Gənc könüllülərimiz əziz birincilər üçün bu illəri yaddaqalan etmək, sevinc yaşatmaq ümidilə məktəb hazırlıqlarına başladı. Dəyərli könüllülərimiz tərəfindən gül balalarımıza ən yaxşı məktəb ləvazimatları seçildi, çantalar alındı və hər birinin çantasına elm ordusunun ən güclü əsgərləri olmaq ümidilə müxtəlif hədiyyələr qoyuldu. Balalarımızın gözlərindəki ümid və həyəcan hissinin getdikcə böyüməsinə vəsilə olan könüllü gənclərimizin yaşadığı xoşbəxtliyi də görməmək mümkün deyildi.
Həyatlarının yeni mərhələsinə qədəm qoyacaq bu günlərdə “Cığır”-ın əmanət balalarının həyəcan və sevincinə SMTS şirkəti də ortaq oldu. Belə ki, ümumilikdə 34 əmanətimizə məktəbli forması, çanta və ləvazimatlar verildi.
Rayonda yaşayan əmanətlərimizə poçt vasitəsilə göndərilmə edildi.
Biz inanırıq ki, uşaqlarımız qar topu kimi böyüyən biliyə sahib olacaq və gələcəkdə Azərbaycan xalqının layiqli vətəndaşları olacaqlar.
Balacalarımızın gələcəkdə xalqımızın fəxri, dünyaya elm ziyası saçan ədiblər və alimlər olacağına ümid edirik!