“Oxu” layihəsinin qalibləri ilə Altıağac Milli Parkına gəzinti baş tutdu

“Oxu” layihəsinin qalibləri ilə Altıağac Milli Parkına gəzinti baş tutdu

“Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və təbliği üzrə təşəbbüslər” layihəsi çərçivəsində həssas qrup nümayəndələrimiz olan həmçinin də “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin qalibləri əmanətlərimizlə ilə birlikdə Altıağac Milli Parkına mədəni gəzinti təşkil etdik.

Ekskursiyada sosial sahibkarlığın özəyi mənəvi dəyərlərin dirçəlməsi ilə birbaşa bağlı olduğunu əsas tutaraq balaca dostlarımızla bu yönümdə mini maarifləndirici təlim və söhbətlər keçirdik. Kiçik mükaşiflər və könüllülərlə birgə təbiət qoynunda “Dəyərlər ağacı” workshopunu edərək dəyərin dəyər doğurduğuna şahid olduq.
 Uşaqlarda məsuliyyət, fədakarlıq, əminlik, cəsarət və başqa mühüm keyfiyyətlərin inkişafı onların sağlam gələcəyinə dəyərli töhfədir.

Dostlarımızla bərabər mütaliə edərək cümlələrdən doğan mənalardan danışdıq. Kitabın bizə dediyi sözlərə bir daha qulaq verib faydalı insan olmaq üçün söz verdik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi