“Əmanətin oxu cığırı” adlı xeyriyyə satışı həyata keçirildi

“Əmanətin oxu cığırı” adlı xeyriyyə satışı həyata keçirildi

4 sentyabr tarixində “Əmanətin oxu cığırı” adlı xeyriyyə satışı həyata keçirdik.

Xeyriyyə satışımızın məqsədi ata himayəsindən məhrum 1-ci sinifə qədəm qoyan əmanətlərimizi gözəl məktəb ləvazimatları ilə təmin etmək idi.

Bu sevinci əmanətlərimizin üzündə yaratmaq üçün həm könüllülərimiz, həm birliyin bütün nümayəndələri sevgi ilə işlərini icra etdilər.

Bu xeyriyyə satışımızda bir çox sahibkar qadınlarımız və xeyirsevərlərimiz əmanətlərimizin məktəb sevincinə ortaq

olmaq və xoş anlarla tədris ilinə başlamaları üçün bir arada cǝm oldu.

Xanımlarımız xeyriyyə satışında qutablar hazırladı, o cümlədən evdə hazırlanmış dadlı şirniyyatlar masaların üstünü bəzəyirdi. Mülk sosial sahibkarlıq mağazasının önünə gələn xeyirsevərlər isə bu gözəl təamlardan dadaraq zövq aldılar.

Qeyd edək ki, xeyriyyə satışından əldə olunan gəlir bu il 25 əmanətimizin məktəb ləvazimatları ilə təmin edilməsinə maddi dəstək məqsədi ilə yardım vəqfimizə bağış olundu.

Bu gözəl xeyirdə iştirak edib işini sonsuz sevgi ilə icra edən könüllülərimizə, xanımlarımıza və xeyirsevərlərimizə təşəkkür edirik!