Əmanət birincilərimiz məktəbli ləvazimatları ilə təmin olundu

Əmanət birincilərimiz məktəbli ləvazimatları ilə təmin olundu

Bir uşaq gülüşü qazanmaq insanın əldə edə biləcəyi ən gözəl qazanclardandır.

Bu yeni tədris ilində də həyatlarında yeni başlanğıca qədəm qoyan əmanət balalarımız hər zaman olduğu kimi “Cığır” ailəsinin diqqət mərkəzindədir.

Əmanətlərimizin bu tərifsiz sevinclərində payımızın olması üçün xeyirsevərlərlə yenidən bir araya gələrək onları məktəb ləvazimatları ilə təmin etdik.

Hədiyyələri aldıqda üzlərində yaranan təbəssümü görmək bizi gördüyümüz xeyir işlərə daha da ruhlandırır.

Həmçinin əmanətlərimizlə məktəbin başlamasına az qalmış yaşadıqları həyəcanı bölüşmək, onların məktəb həyatını sevmələri üçün maraqlı tədbir təşkil etdik. Əmanətlərimizlə birgə keçirdiyimiz oyunlarla, etdiyimiz söhbətlərlə onların ilk həyacanının parçası olmağa çalışdıq.

Bizimlə birlikdə onların həyəcan və sevincini bölüşən hər bir xeyirsevərimizə təşəkkürümüzü bildiririr və hər balamıza yeni dərs ilində uğurlar arzu edirik!

Günlərdir ilk dərs ilini həyəcanla gözləyən 25 əmanətin məktəb ləvazimatları ilə təmin olunması üçün birlik göstərdik, dərdləndik, hər birimiz ətrafına nur bəxş edən bu uşaqların hisslərinə ortaq olmağa çalışdıq.

Dəyərli xeyirsevərlərin ianə dəstəyi və fədai könüllülərimizin səyi ilə Bakı və Sumqayıt şəhərlərində 17, həmçinin ölkəmizin 7 müxtəlif guşəsində yaşayan 8 əmanətimizə bu gün ən gözəl məktəb ləvazimatları alındı. İçində bolca sevgi olan bağlamalar poçt vasitəsi ilə cismi kiçik, lakin xəyalları və dünyası böyük olan öz sahiblərinə qovuşmaları üçün yola çıxdılar.

Hələ də qəlbində mərhəmət adlı ilhamın yaranmasını gözləyən əmanət uşaqların bağlamalardakı ləvazimatları gördükdə necə həyəcanlandıqlarını hiss etmək özü ayrı muazzam duyğudur.

Biz əminik ki, bu qələmə, dəftərə, karandaşa, kitaba əli toxunan neçə-neçə uşağın həyatı cəmiyyətin xeyrinə dəyişəcək, elmin mərkəzi yalnız bu mərhəmətli qəlblərdə sığınacaq tapacaq.

Əziz dost! Bir neçə əmənatimiz isə hələ də hədiyyələrinin yolunu gözləyir. İndi isə onlar üçün birlik olmaq vaxtıdır.

Sən də cığır açanlardan olmaq, bir əmanətin təhsilinə yardım etmək istəyirsənmi?

Elə isə ianə etməyə tələs

KAPİTAL BANK
4169 7332 1386 7463
IMDAD KARIMLI