“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində layihənin aktiv könüllülərinin növbəti workshopu baş tutdu. Bu dəfəki workshopumuzun məqsədi layihədə iştirak edən uşaq və yeniyetmələrin “Pinokkionun macəraları” kitabının müsabiqəsinə hazırlıqların görülməsi idi.
Könüllülər ayrı-ayrı komandalar şəklinde dəyirmi masa təşkil edərək kitab ətrafında fikir mübadiləsi apardılar, bir-birindən maraqlı, düşündürücü və yaradıcı təfəkkürə təşviq edən suallar müəyyənləşdirməyə can atdılar. Birliyimizin sədri Yeganə Mirzəyeva da workshopda iştirak edərək könüllülərin beyin qaynatmasını yüksək dəyərləndirərək sualların hazırlanmasında öz təklif və iradlarını bildirərək onları şablon suallardan uzaqlaşdırıb uşaqların yaradıcı təfəkkürünü inkişaf etdirəcək sualların seçilməsinə yönləndirmişdir .
Vurğulamaq istərik ki ard arda keçirilən workshoplar gənc könüllülərimizə komanda ruhunu, yaradıcı təfəkkürü, analiz etmə , əməkdaşlıq , dəyərləndirmə və s. kimi bacarıqlarını daha çox üzə çıxmasına vasitəçi olmuşdur .