“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin oxucuları arasında müsahibə keçirildi

“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin oxucuları arasında müsahibə keçirildi

“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində mütaliələrdə aktiv iştirak edən oxucularımız arasında “Pinokkionun macəraları” kitabının müsabiqəsi keçirildi.

Belə ki, 6 ay ərzində məsuliyyət və şövqlə mütaliələr edən kitabsevərlərimizin hər biri yazılı və şifahi yolla sual-cavab edildi, “Ən yaxşı Qələm” “Yaradıcı Oxucu” laminasiyası üzrə qaliblər təyin olundu.

Müsabiqədə məqsəd uşaqların və yeniyetmələrin əzbərçilikdən uzaqlaşaraq yaradıcı oxuya təşviq olunması, məntiq, analiz etmə, nəticə çıxarma kimi mühüm keyfiyyətlərinin, eyni zamanda yazı bacarıqlarının üzə çıxarılmasıdır. Məhz bu səbəbdən imtahan sualları tamamilə yaradıcı düşünməyə şövq edən istiqamətdə idi.

Müsabiqə bərabər imkanlar, şəffaflıq və obyektivlik prinsipləri əsasında həyata keçirildi.

Qeyd edək ki, müsabiqənin qalibləri layihənin bağlanış mərasimində elan ediləcək.