“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində cənub bölgəsinə səfər edildi.

“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində cənub bölgəsinə səfər edildi.

“Cığır” İB-nin könüllü müəllim və tələbə heyəti “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində cənub bölgəsinə səfər etdi.

Yardımlının Dəlləkli kənd ümumi orta məktəb, Şovut kənd ümumi orta məktəb, Jiy kənd ibtidai məktəb, Ə.Ş. Babayev adına Osnakəran kənd tam orta məktəb, Ə. Bağırov adına 4 saylı orta məktəbində məktəbli oxucuları ilə “Səyyar Kitabxana” təşkil edərək görüşdü.

Əvvəlcə könüllülər uşaqlarla birgə hazırlıqlar görərək min bir həyəcanla görüşə hazırlaşdılar.

Daha sonra görüşə start verilərək birlikdə maraqlı söhbətlər etdilər, cənub bölgəsindən olan gənclərimiz könüllülük fəaliyyətindən bəhs edərək uşaqlara “oxu”nun əhəmiyyətindən söz açdılar. Birliyin sədri Yeganə Mirzəyeva, həmtəsisçi Gülnar Rüstəmova da oxu mədəniyyətinin dəyəri barəsində çıxışlar etdilər.