Növbəti səfərimiz Ağdaş, İsmayıllı və Qəbələ rayonlarına oldu.

Növbəti səfərimiz Ağdaş, İsmayıllı və Qəbələ rayonlarına oldu.

Məsafələr bayram sevincinə əngəl deyildir düşüncəsi ilə əmanət ailələrimizin evlərinə ziyarətimiz davam etməkdədir. Yardım layihəmizdən xeyir götürəcək növbəti bölgələrimiz sırasında Ağdaş, Qəbələ və İsmayıllı rayonumuz da özünə yer tapdı. Belə ki, qeyd etdiyimiz rayonlarda yaşayan ailələrimizə ərzaq və hədiyyə dağıtımı oldu. “Cığır” ailəsi olaraq birlikdə sevinc, sevgi və ümidlərimizi paylaşaraq, xeyir və bərəkət qapılarımız hər zaman üzümüzə açıq olmasını diləyirik. Qeyd edək ki, Ramazan müddətində tələbələrlə onlayn təlimlərimizin aktivləri olan əmanətlər üçün ayrıca xatirə çərçivə və oyuncaqlar hədiyyə olundu.