“Kitab ətri” layihəsinin onlayn təqdimatında 28 May tarixi gününün təntənəsinə toplaşdıq.

“Kitab ətri” layihəsinin onlayn təqdimatında 28 May tarixi gününün təntənəsinə toplaşdıq.

Yad əllərdədir, elim Qarabağ,
Çox keçməz sancarıq o yurda bayraq.
Düşmən sinəsinə vurarıq bir dağ,
Ey şanlı Əsgərim, Səfər vaxtıdır! Döyüşə hazır ol, Zəfər Vaxtıdır!

Azərbaycanın şanlı səhifəsi 28 May Azərbaycanımızın, millətimizin müstəqillik günü! Yeni ümidlərə, yeni günlərə cığır açan o tarixi səhifə! Bu gün o tarixi səhifə yenidən yazıldı həyatımıza sanki. Bu gün bizim üçün diriliş günü oldu! Müstəqilliyin bayramı idi bugün yenidən və yenidən! “Cığır”ın torpağa əkdiyi tumurcuqların fidanlara dönüşdüyü gün! Unudulmaz tədbir, unudulmaz ifalar, unudulmaz səhnələr.. “Kitab ətri” layihəsinin onlayn təqdimatında 28 May tarixi gününün təntənəsinə toplaşdıq. Əmanətlərimiz və anaların şövqlə hazırladığı təqdimatlar Cığır ailəsi olaraq bizə qürur hissi yaşatdı. Sağlam düşüncəli insanlar güclü dövlət üçün əvəzolunmazdır.
Azərbaycanın ümidi əmanətlərimiz!
Bugün onlara ancaq qibtə ilə baxırıq.
Onlarla ucalacaq mənəviyyat, iman, ədəbimiz!
Əziyyətə dəyər meyvələrimiz!
Bugün onların bar verən günü!