Könüllü tələbələrimiz və əmanətlərimizin görüşü hər həftə davam edir.

Könüllü tələbələrimiz və əmanətlərimizin görüşü hər həftə davam edir.

İnsanı ünsiyyətdən və ünsiyyət üçün yaradan Allah qəlbləri də məhz ünsiyyətlə bir-birinə yaxınlaşdırır, isinişdirir. Ramazan- ünsiyyətin ən gözəl şəkildə yaşandığı bu seçilmiş ayda tələbə könüllülər və Cığır əmanət balaları hər gün müxtəlif tematik mövzularda biliklərini, sevgilərini bağladılar, söhbətlərinə, müzakirələrinə doyum olmadı. Və Ramazan bu ünsiyyətdən öz bərəkətini əsirgəməyərək yeni bir layihəyə cığır açdı. Artıq könüllülər və əmanətlər hər cümə günü Quranla təsdiqini tapmış müxtəlif mövzular ətrafında onlayn ünsiyyət qurararaq Azərbaycan daxilində sevgi rabitəsi quracaq, Ramazanın onlara bəxş etdiyi ünsiyyət, sevgi zövqünün ətrini qəlblərə yayacaqlar.
Bu dəfəki söhbətimizə gözəlliyi ilə gözlər oxşayan tovuzquşu təşrif gətirdi, bizə təkəbbürdən, lovğalıqdan xəbər verdi, bir o qədər də düşüncələrə qərq etdi..