Rayonlardakı əmanətlərimizə ərzaq və hədiyyələr paylandı.

Rayonlardakı əmanətlərimizə ərzaq və hədiyyələr paylandı.

Bayramın ab-havası hələ ruhumuzdan, qəlbimizdən çəkilməmişdir. Bu ab-hava ilə yardımlaşmağa, bölüşməyə birgə müvəffəq olduğumuz layihəmizin növbəti yardımı isə ölkəmizin Oğuz rayonu və cənub bölgələri-Lənkəran, Masallı, Lerikə baş tutdu. Qeyd etdiyimiz rayonlarda yaşayan ailələrə ziyarət edildi, hədiyyə və ərzaq dağıtımı oldu. Eyni zamanda əmanət balalarımıza tərkibində müxtəlif oyuncaqlar və seçilmiş kitablar olan hədiyyə paketləri təqdim edildi. Hər zaman xeyriyyə yağışı ilə qəlblərimizi isladan Mülk bu dəfə də ailələrimizin ehtiyacını qarşılayaraq bazarlıq edib onların qəlbini sərinlətdi. Həm yardım, həm də Bayram təbriki kimi həyata keçirdiyimiz bu görüşlərdə əmanətlər və analarımızın üzündəki xoşbəxtlik ifadəsini görməmək mümkün deyildi. Növbəti günlərdə də baş tutacaq digər görüşlərimizi sizinlə bölüşəcəyik. Hər kəsi bu sevincin bir parçası olmağa dəvət edirik!