“Mərifət dərnəyi”miz davam edir.

“Mərifət dərnəyi”miz davam edir.

Uşaqlar ilə elm səfərinə yol aldıq…
Mərifət dərsimizdə gözəllik nədir? Suallarına cavab axtardıq. Mənəvi dəyərlər xəzinəsinin axtarışına çıxarkən sualların olması məqsədə xidmət edir.
Kimisi gözəlliyi təbiətdə, göy üzündə, yer üzündə axtardı.
Sevimli uşaqlarımıza əslində hər birinin daxilində bir kəşfiyyatçının-işıq savaşcısının yatdığını, bunu ağıl və mərifətlə üzə çıxarmağın mümkün olduğunu vurğuladıq. Kəşfiyyatçı axtarandır, kəşfiyyatçı bir düşüncədən yeni düşüncə kəşf edəndir.
Biz əminik ki, kiçik dostlarımız kamillik səfərindən əli boş qayıtmayacaq, daim öz üzərlərində işləyəcək və işıq savaşçısı olaraq gözlərindəki parıltının sönməməsinə can atacaqlar.