Könüllü tələbələrimiz və əmanətlərimiz əylənərək öyrənməyə davam edir.

Könüllü tələbələrimiz və əmanətlərimiz əylənərək öyrənməyə davam edir.

Təbiətin naxışları, rəsm əsərlərinin ən gözəl nümunəsidir..
Əmanətlərimiz ilə elm dəryasından pay almağa davam edirik. Bu dəfəki görüşümüzdə təbiətdən söz saldıq. Təbiətin bizə deyəcək çox sözü olduğunu anladıq.Təbiətin ən kiçik naxışı olan qar dənəciyindən tutmuş su aləmin ən gözəl canlısı olan balıqların naxışına qədər fikir mübadiləsi etdik.
Könüllü tələbəmizin uşaqlar üçün hazırladığı maraqlı və rəngarəng olan təqdimatından əylənərək cizgi filmləri haqqında öyrəndik. Dahi şəxsiyyətlərin həyatımıza necə naxış vurduqları da bizə yeni biliklər qatdı.
Onlarla bərabər öyrənmək, öyrənməyin ən gözəl yoludur…