“Gözəl düşüncə” layihəmizdə növbəti mövzu – “Ədəbiyyatda və İslamda İblis”

“Gözəl düşüncə” layihəmizdə növbəti mövzu – “Ədəbiyyatda və İslamda İblis”

Əbədiyyətə sığan ömür – Cavid ömrü, əbədiyyətə sığan qələm – Cavid qələmi.

Bildiyiniz kimi “Cığır” İB-nin nəzdində olan layihələr, bu ağır karantin rejimində belə öz fəaliyyətini dayandırmır.
Bu layihələrdən biri olan “Gözəl düşüncə” düşüncələrimizə məlhəm olaraq, yeni ideyaları və fərqli ssenarisi ilə bizlərlə görüşdü.
Bu dəfəki qonağımız Azərbaycan Dillər Universitetinin müəllimi Günel Rəhimova oldu. Onun təqdimatında “Ədəbiyyatda və Quranda İblis” mövzusu könüllülərlə müzakirə edildi.
Müəllimin hərtərəfli aspektdən təqdimatı hər kəsin düşüncələrində yeni qığılcımların yaranmasına vəsilə oldu. “Kimdir İblis? Nədir iblis?” suallarına Quran prizmasından yanaşaraq ədəbiyyat adlı elmin dərin xəzinələrinə baş vurduq.

“İblis naqis mühitə sığanların qismətidir” sözləri qəlbimizə həkk olundu, “Kim haqlıdırsa, o güclüdür.” kəlmələri həyatımıza ilham verdi.