“Cığır” İB-nin könüllü psixoloqları Leyla Məmiyeva ilə Səidə Naxmedova və təlim keçirilən məktəblilər təsisçimiz Yeganə Mirzəyeva tərəfindən mükafatlandırılıblar.
Gənc könüllülərimiz M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur və psixologiya üzrə ixtisaslaşıblar.
Könüllü xanımlarımızın övladlarına “Qəzəbimi idarə etməyi öyrənirəm” adlı art terapiya proqramı keçərək həm özlərinə yeni təcrübə qazanıb, həm də şagirdlərə motivasiya yönümlü məşğələlər tədris ediblər.
Psixoloqlarımız qeyd edir ki, ilkin təlim olaraq bu proqramın seçilməsində məqsəd yeniyetməlik dövründə uşaqlarda qəzəb duyğusunun artması, eyni zamanda dünyanı ağuşuna alan pandemiyanın insanlarda yaratdığı aqressivliyin aradan qaldırılmasının həlli yollarını birlikdə öyrənməkdir.
Rənglər vasitəsilə öz daxili aləmlərini ifadə edən uşaqlar kommunukasiya, fikrini sərbərət ifadə etmə və neqativ hisslərlə mübarizə aparmağı öyrənirlər.
Əziz gənclər! Seçdiyiniz sənət yolunda sizə müvəffəqiyyət arzu edirik.