“Siberian wellness”- Sibir sağlamlıq şirkəti həyata keçirməyi planladığı xeyriyyə aksiyasını “Cığır” MDİD İB ilə əməkdaşlıq edərək reallaşdırdı.
Ailəmizi daha yaxından tanış etmək üçün “Siberian Wellness” şirkətini çay süfrəsinə qonaq etdik.
Olduqca dəyərli keçən görüşümüzdə qonaqlarımızı “Cığır” himayəsində olan uşaqlar, könüllü və idarə kollektivi, gördüyümüz işlərlə tanış etdik.
Siberian şirkəti incəlik və diqqət göstərərək 15 əmanətimizə hədiyyə bağışladı və onlarla maraqlı oyunlar oynayaraq üzlərini güldürdü.
Tədbirdə qonaqlarımızla mənəvi söhbətlər apardıq, gələcəkdə həyata keçiriləcək layihələrdə birgə əməkdaşlıq haqqında müzakirələr etdik.
Xeyriyyəçilik ənənələrini sevən və yaşadan hər həmkarlarımızla tanış olduqca cəmiyyətə faydalı olmaq adına ümidlərimiz daha da artır, bu yolda birlik və dostluq olmağımıza könüldən məmunluq duyuruq.