Həmrəyliyə, imanımızın kamilləşməsinə, Allaha yaxın olmağımıza vəsilə olan Qurban bayramını “Cığır” içdən və könül xoşluğu ilə əmanətlərlə qeyd etdi.
Vətənimizin dörd bir yanında bayram ətrini duymaq və duyurmaq üçün bölgələrə səfər etdik.
İsmayıllı, Qəbələ, Ağdaş, Şəki, Quba, Xaçmaz, Balakən, Masallı, Biləsuvar, Astara, Lənkəranda xeyirsevər insanların “Cığır”a etimad göstərib həvalə etdiyi qurban paylarını qeydiyyata aldığımız ata himayəsindən məhrum ailələrə böyük sevgilə çatdırdıq.
Bakı əmanətlərimizlə də bayram sevincini bölüşdük, “Mülk” XAVM-də bir sıra əmanətlərimizlə bayramlaşaraq mübarək Qurbanı ən gözəl şəkildə yaşamağa müvəffəq olduq.
Cənub bölgəsində şəhid ailələrimizi və Bakıda qazilərimizi ziyarət edərək mübarək bayramı birgə keçirmək xoşbəxtliyini yaşadıq.
Bu Qurban bayramı da əmanətlərin üzlərini güldürməkdə bizə dəstəkçi olan xeyirsevərlərdən Allah qəbul etsin.
Bayram paylaşdıqca gözəldir.