“Kitab ətri-rayonlarda” layihəsi çərçivəsində ilk görüş Qubada keçirildi.

“Kitab ətri-rayonlarda” layihəsi çərçivəsində ilk görüş Qubada keçirildi.

Açdığımız hər yeni cığırda ən sevimli “alətimiz” kitabdır. “Kitab ətri-rayonlarda” layihəsi çərçivəsində uzaq rayonlarda yaşayan əmanətlərimizin görüşlərinə tələsirik. Quba rayonunda yaşayan əmanətlərimizlə canlı təbiət qoynunda kitablardan danışmağın sevincini yaşadıq. “Ramazan qatarı” silsilə görüşlərimizdə hədiyyə etdiyimiz kitabları müzakirə etdik, Nəsimi yaradıcılığına toxunduq, məktəbli-tələbə körpüsü yaratdıq.