“Tələbə” adı qazanan əmanətlərimizi təbrik etdik.

“Tələbə” adı qazanan əmanətlərimizi təbrik etdik.

“Bir qadına təhsil vermək təhsilli bir ailə yetişdirmək deməkdir!” (H.Z.Tağıyev)
“Cığır” İB olaraq əmanətlərimiz üçün ən çox önəm verdiyimiz məsələ təhsildir. Bu günə kimi bir neçə təhsil layihəsi ilə əmanətlərdə təhsilə, kitaba sevgi yaratmışıq. Bu gün təqaüd verdiyimiz müxtəlif rayonlardan olan əmanətlərimiz artıq tələbə adını qazanıb. Dünən daha şagird olan bu əmanətlər bu gün artıq xeyriyyəçi tələbələr, könüllü müəllimlər komandamızın da bir parçasıdır. Onlarla birlikdə bu naliyyətləri dəyərli hədiyyələr, lazımi ləvazimatlar üçün pul və təltifnamələrlə “Oxu evi” bookcafemizdə qeyd etdik.