“Cığır” MDİD İB-nin himayəsində olan 3 ailənin “Azinko Holdinq” MMC şirkətinin rəhbərliyinin təşəbbüsü ilə inşa olunan evləri artıq təhvil verilmək üzrədir.

“Cığır” MDİD İB-nin himayəsində olan 3 ailənin “Azinko Holdinq” MMC şirkətinin rəhbərliyinin təşəbbüsü ilə inşa olunan evləri artıq təhvil verilmək üzrədir.

İstiliyi qoruyanlar…

Ev istilikdir! Bəziləri üçün isə ev anlayışı bir damın altında tikilmiş dörd divardan daha geniş bir məna kəsb edir. Bura hər bir insanın öz dünyası, öz aləmi, öz təfəkkürləri daxil olur. Öz evində insan bir fərqli rahatlıq tapır…

Bəzən isə insanın rahatlığını tapa biləcəyi evi belə olmur…

Artıq üç ildir ki, “Cığır” Mənəvi Dəyərlərin inkişafına dəstək İctimai Birliyi qeydiyyatında olan ata himayəsindən məhrum uşaqların evlərinin təmirinə də dəstək olaraq, onlara evlərindəki istiliyi bərpa etməyə yardım edir. Təkcə 2018-ci ildə 40a yaxın ailənin təmir ehtiyacları tam və ya qismən ödənildi, damlar qoyuldu, hamamlar, dəhlizlər, mətbəxlər, hinlər tikildi, su çəkildi və s.

2019-cu ildə “Azinko Holdinq” MMC şirkətinin rəhbərliyinin təşəbbüsü ilə “Cığır” MDİD İB-nin himayəsində olan 3 ailənin – ata da içində yanıb dünyasını dəyişmiş olan bir ailəmizin evi, sökülməkdə olan pansionatlardan birində hal-hazırda məcburi olaraq məskunlaşan daha bir ailəmizin yarıtikili evləri, həyat yoldaşı dünyasını dəyişdikdən sonra ata həyətindəki çox kiçik və şəraitsiz bir daxmada məskunlaşan digər bir ailəmiz üçün elə həmin həyətdəki tövlənin yerində mükəmməl bir ev inşa olundu. Hər üç evin qonaq otağı, hamam-tualeti, mətbəxi və dəhlizi təmir olunaraq təhvil verilmək məqamındadır.

“Cığır” MDİD İB olaraq, başda Azinko Holdinq” MMC şirkətinin rəhbərliyinə və bu işdə əziyyəti keçən hər bir kəsə dərin minnətdarlığımızı bildirir, əməkdaşlığımızın davamlı olacağına böyük ümidlər bəsləyirik.

Sonda Nisə surəsinin 9-cu ayəsi ilə məqaləni sonlandırmaq istəyirəm: –
“Özlərindən sonra (aciz və zəif) övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötrü necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür qorxsunlar!”