“Kitab ətri” layihəsi ilə S.Vurğun adına Xətai rayon kitabxanasında əmanətlərimizlə növbəti dəyirmi masamız oldu.

“Kitab ətri” layihəsi ilə S.Vurğun adına Xətai rayon kitabxanasında əmanətlərimizlə növbəti dəyirmi masamız oldu.

“Kitab ətri” layihəsi ilə S.Vurğun adına Xətai rayon kitabxanasında əmanətlərimizlə növbəti dəyirmi masamız oldu. Əmanətlər oxuduqları kitablara səyahət edərək personajlar barədə çox maraqla danışdılar.
Əsas müzakirə olunan mövzu dahi mütəfəkkir Nəsiminin “Məndə sığar iki cahan” əsəri üzərində uşaqlarla düşündürücü müzakirələr aparıldı.
Müzakirə zamanı uşaqlar yaradılışdan, təbiət hadisəsi olan zəlzələdən, mağaraların insan həyatı ilə əlaqəsindən, dünyamızı bürüyən müasir texnologiyanın əsas nailiyyəti- robotların buraxdıqları səhvlərdən danışdılar.
Hər bir zəlzələdən sonra mütləq ki, bir dəyişiklik olur.
“Mağara düşünmək üçündür.
Mağaraya getmək üçün insanın içində bir sıxıntı, sarsıntı olmalıdır.
Müasir dövrdə robotlar düzəldilib. Robotlar səhv edəndə özlərini görə bilmirlər. İnsan isə səhv edəndə özünü görüb, səhvini düzəldib ibrət götürə bilir.”
Sonda “Cırtdan və div” Azərbaycan nağılı barədə danışaraq oradakı obrazları müzakirə etdilər və özləri bu obrazlara girərək sonluğu xoşbəxt olaraq tamamladılar.