İlin sahibkar xanımı-Gülpəri Bayramova ilə görüş

İlin sahibkar xanımı-Gülpəri Bayramova ilə görüş

“2022-ci ilin sahibkar xanımı” adına layiq görülən “Agro Mix” MMC-nin təsisçisi və aqrar ekspert Gülpəri Bayramova ilə görüşərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayramlaşdıq. Qonağımız yaxşılıq və sosial sahibkarlıq, eyni zamanda Amerikaya İşgüzar səfəri haqqında xoş təəssüratlarını bizimlə bölüşdü.

Biz də “Cığır” ailəsi adından Gülpəri xanımı təbrik edir, məsuliyyətli işində müvəffəqiyyətlər arzulayırıq.