İstedadlı gənclərin “Bayıl”dım layihəsi

İstedadlı gənclərin “Bayıl”dım layihəsi

Sizlərə Şuşa Şəhər Dövlət Qoruğunun baş memarı Qumru Mirzəyevanın rəhbərliyi altında mütəmadi olaraq istedadlı əmanətlərimiz və könüllülərimizə memarlıq dərsləri keçirildiyi haqqında məlumat vermişdik

Memarlıq görüşləri çərçivəsində “Bayıl”dım adlı yepyeni layihənin icrasına başlanılıb.

Belə ki, əvvəlcə aktiv gənc komandamız Bayıl qəsəbəsinə səfərə yollanaraq ərazini yaxşıca kəşfə çıxıblar. Layihə çərçivəsində mühitin analiz edilməsi istiqaməti üzrə qəsəbənin müxtəlif istiqamətlərdən eskizlərini çəkiblər.

Bu layihə gənclərimizin analiz, kəşf etmə, müşahidə, duyum, incə zövq və baxışlarının inkişafı yönündə əhəmiyyətli yer tutur.

Bu dəyərli xüsusiyyətləri əks etdirən layihəyə uğurlar arzu edirik!