Hər cümə əmanətlərlə görüşümüz davam edir.

Hər cümə əmanətlərlə görüşümüz davam edir.

Könüllü gənclərimizin şövqlə hazırladıqları təqdimatlarla əmanətlərin görüşünə cəm olmağımıza davam edirik.
Bu dəfəki görüşümüzdə müqəddəs Qurban bayramı yaxınlaşdığı üçün mövzuyla əlaqədar uşaqlarla İbrahim peyğəmbərə aid olan cizgi filminə baxdıq və filmdə uşaqların diqqətini çəkən cəhətləri balaca dostlarımızın prizmasından sual-cavab əsasında birlikdə müzakirə etdik. Sevimli balalarımızla bərabər “Təfəkkür cığırı” kitabından “Fatimə və nənə” nağılını gözəl şəkildə səhnələşdirdik. Bu dəfəki dərsimizi uşaqlarla çox dəyərli vaxt keçirib, qəlblərimizi bir birimizin duaları ilə aydınlatan sevgi toruna düşərək başa vurduq.