Əmanətlərimizlə “Bayram sevindirməkdir” adlı tədbir təşkil olundu.

Əmanətlərimizlə “Bayram sevindirməkdir” adlı tədbir təşkil olundu.

“Kim xeyirli bir cığır açarsa o xeyirdən ona da pay vardır” şüarı ilə 5 il əvvəl yola çıxan ziyalı xanımlar xeyir yolunda, xeyir ünvanlı bir çox cığıra vəsilə olacaqlarını ümid edərək fəaliyyətə başladılar. Ümid etdikləri cığırın yavaş-yavaş açılmasına şahid olmaq onlara yeni ruh yüksəkliyi verdi. Bu anları yaşamaq və görmək “Cığır” ailəsinin bu yola çıxanda görmək istədiklərinin bir hissəsi idi. “Kitab ətri-anamla oxuyuram” layihəsində iştirak edən əmanətlərimiz xüsusi şövqlə hazırladıqları “Bayram sevindirməkdir” adlı tədbirimizdə “Cığır” ailəsinə unudulmaz bir bayram yaşatdı. Bayrama bayram qatdılar. Əmanətlərin təqdimatları, söylədikləri bayram təbrikləri ümid işığı oldu cığırımıza. Xeyirli cığırımızda yetişən əmanətlərimizin öz töhfələri ilə dünyamızı sevgi toruna qərq edəcəklərinə ümid bəsləyirik.