Gözəl düşüncədə “Gənc və Quran” mövzusunu müzakirə etdik.

Gözəl düşüncədə “Gənc və Quran” mövzusunu müzakirə etdik.

Azərbaycan, sənin xəzinə olan gənclərin var!
Xəzinəmiz olan gənclər sənin bayrağını ən uca zirvələrdə dalğalandıracaq! 
“Gözəl düşüncə” layihəmiz tələbələrin imtahan sessiyasından sonra gözəl, dərin təfəkkürlü düşüncələr axınının arxasınca qaçmaq adı ilə yenidən sizlərin görüşünə gəldi. Könüllü gənclərimiz hazırladıqları təqdimat əsasında ömrün ən münbit mərhələsi olan gəncliyi layiqli şəkildə dəyərləndirmək xüsusunda geniş söhbət apardılar. Biz “Cığır” ailəsi olaraq cəmiyyətinə xeyir verməyə və bunun üçün əlindən gələn hər şeyi etməyə hazır olan gəncləri sevgi dolu “Təfəkkür Gəmimiz”də görməkdən qürur hissi duyuruq və inanırıq ki, bu gəmidə xəzinə ovuna çıxan dəyərli gənclərimizin hər biri bir gün öz gəmilərinin kapitanı olacaq, uzun yollar qət edəcəklər.