“Gözəl düşüncə” layihəsində bu dəfə mövzumuz “Gigiyena və Quran” oldu.

“Gözəl düşüncə” layihəsində bu dəfə mövzumuz “Gigiyena və Quran” oldu.

“Gözəl düşüncə” layihəsi bu həftə təfəkkür sevənlərini olduqca gözəl mövzu ilə salamladı. Belə ki, Tibb Kollecinin 3-cü kurs tələbəsi, birliyimizin aktiv könüllüsü Babayeva Sürǝyyanın “Gigiyena və Quran” mövzusu dinləyicilərin diqqətinə çatdırıldı.

Günümüzdə aktuallıq kəsb edən təmizlik mövzusuna gənc könüllümüz Quran prizmasından yanaşaraq önəmli məqamlarla bizi tanış etdi.

“Gözəl düşüncə”mizin daimi izləyiciləri olan məktəbli əmanətlərimiz bu mövzuda aktivlik göstərərək gigiyena ilə bağlı sualları özləri cavablandırdı. Təmizliyin fiziki və mənəvi sağlamlığın təməl şərtlərindən biri olduğu bir daha həssaslıqla vurğulandı. Təmizlik məsuliyyətə təkan verən, onu yaradan ilkin amillərdən biridir.

Əziz izləyicilər, sizi də gözəl düşünənlərin süfrəsinə dəvət edirik.