“Gəl, tanış olaq” layihəsi çərçivəsində yeni əmanətlərimizlə görüşdük.

“Gəl, tanış olaq” layihəsi çərçivəsində yeni əmanətlərimizlə görüşdük.

Hər yeni tanışlıq bizlər üçün böyük ümidlər, sonsuz sevinc deməkdir.
Uşaqları sevən, onlara daim öz diqqət və qayğısını göstərən ümummilli liderimiz Heydər Əliyevin anım günündə “Cığır” MDİD İB “Gəl, tanış olaq” layihəsi ilə birliyin yeni əmanət uşaqları ilə görüşdü, sevinc və gülüş sədaları ətrafa bir toxum kimi səpələndi.
Bu sevincdən hər kəs öz payını qazandı. Səsimizə səs verən, kövrək qəlbləri sevindirməkdə bizlərə hər zaman yardımçı olan müxtəlif universitetlərin fərqli ixtisaslarını təmsil edən dəyərli könüllülərimizin şən əhval-ruhiyəsi sevincimizə sevinc, sevgimizə sevgi qatdı. Görüşün sonunda əmanətlərimizə hədiyyələr verildi. “Dünyanı uşaqların gülüşləri xilas edəcək” sözlərindən ilhamlanıb sevgi limanına yan alırıq.

“Yetim gülərsə dünya gülər” deyən hər kəsi yaxşılıq və sevgi gəmimizə çağırırıq.