1-3 dekabr 2021-ci ildə UNEC İQTİSADİ FORUMU keçirildi. Ana devizi “Zəfər yolu” olan Forumda 5 panel üzrə 30-dək, həmçinin 20-yə qədər nüfuzlu xarici spikerlər çıxış etdi. Müzakirəsi həyata keçirilən mövzular:
- I panel – Azərbaycanın gələcək inkişaf strategiyası: Qlobal trendlər və yerli faktorlar;
- II panel – Post-Pandemiya dövründə elm və təhsil;
- III panel – İqtisadiyyatın Rəqəmsal Transformasiyası: Yeni çağırışlar, yeni imkanlar;
- IV panel – Post-Pandemiya dövründə biznes transformasiyası;
- V panel – Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya.
Hər bir plan üzrə tanınmış iqtisadçılar çıxış etdi.
UNEC İQTİSADİ FORUMU’na “Cığır” MDİD İB Sosial Sahibkarlıq layihəsinin meneceri və ideya rəhbəri Rəfiqə Nurullayeva və “Cığır” birliyinin sədri Yeganə Mirzəyeva dəvət olunmuşdu. Sosial sahibkarlıq lahiyələrinin meneceri Rəfiqə Nurullayeva müzakirələrdə yaxından iştirak etdi.