“Cığır” MDİD İB Hilton oteldə keçirilən sərgidə iştirak etdi.

“Cığır” MDİD İB Hilton oteldə keçirilən sərgidə iştirak etdi.

2-3 dekabr “Hilton” otelində təşkil olunmuş sərgidə “Cığır” İB geniş heyəti ilə iştirak etdi.
Müxtəlif əl işlərinin nümayiş etdirildiyi sərgidə iki gün boyunca sərgiyə dəvət olunan qonaqları müxtəlif layihələrimizlə tanış etdik. Sərgidə dünyanın müxtəlif ölkələrindən- Rusiya, Qazaxıstan, Türkiyə və başqa ölkələrdən qonaqlar iştirak etdilər. Onlar layihələrlə ətraflı tanış olub, bir çox məhsullarımızı satın aldılar. Dirçəliş layihələrindən olan “Amber Soap”, “Maidə Tekstil”, “Bağbanın bağçası”dan çoxlu sayda məhsulumuz iştirakçılarda böyük marağa səbəb oldu.
Həmçinin sərgidə dövlətimizi təmsil edən dəyərli qonaqlarla da tanış olduq.
Rəssam- modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova stendimizə böyük maraq və sevgi göstərdi. “Cığır” İctimai Birliyinin nəşr etdirdiyi kitabları sevinc hissi ilə hədiyyə olaraq qəbul etdi, könüllü komandamıza uğurlar arzuladı.
“Sahibkar Qadınlar” İctimai Birliyinin prezidenti Zenfira Ağayeva fəaliyyətimizlə yaxından tanış oldu, fəaliyyətimizin istiqamət və prinsiplərini təqdir etdi, sərgidə iştirakımız üçün təşəkkürlərini bildirdi.
“İnamlı və Zərif Qadınlar”(İZ) Birliyininin nümayəndələri stendimizə yaxınlaşdı, gələcək layihələrdə əməkdaşlıqlar təklif edildi.