15-21 tarixlərində keçirilən milli kitab sərgisində iştirak etdik.

15-21 tarixlərində keçirilən milli kitab sərgisində iştirak etdik.

“Cığır” MDİD İB olaraq 15-21 dekabr tarixlərində keçirilən milli kitab satışi sərgisində iştirak etdik. Sərgidə kitab evləri, sosial sahibkarlıq layihələri təmsilçiləri yaxından iştirak etdi. “Cığır” MDİD İB olaraq sərgidə iştirakımız qəlbində mərhəmət toxumları olan xeyirsevər həmvətənlərimizlə tanışlığımıza vəsilə oldu. Sərginin sonunda iştirakçılara sertifikat təqdim olundu, eyni zamanda “Cığır” İB-nin sərgidə iştirak edən nümayəndələri də sertifikatla təltif edildi. Könüllü gənclərimiz, tələbələrimiz sərgi boyunca sevgi və şövqlə çalışaraq yeni dostluqlara imza atdılar.
Sərgi boyunca insanların bir-birinə isti münasibəti, qurulan yeni dostluqlar, ətrafı öz ağuşuna alan səmimi gülüşlər qəlbimizi riqqətə gətirdi.
Nə xoş bizə ki, Bakımız kitab ətrinə büründü, biz də bu ətrin rayihəsindən pay verdik.
Möhtəşəm sərgi ilə bir çox cığıra vəsilə olan bütün təşkilatçı heyətə dərin təşəkkürümüzü bildiririk.