“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi”

“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi”

        Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün kiçik qrant müsabiqəsi keçirildi.
Agentliyin İcra aparatına və Müşahidə Şurasına şəffaflıq və operativliyə görə xüsusi təşəkkür edirik.
“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi olaraq “Elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təbliği istiqamətində təşəbbüslərin dəstəklənməsi” müsabiqə mövzusuna uyğun olaraq – “Mütaliə imkanlarının yaradılması, oxu mədəniyyətinin təşviqi və stimullaşdırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi” – yönündə “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” adlı layihəmiz qalib seçilmişdir.
        Layihə qəbulundan dərhal sonra Zoom tətbiqi üzərindən iclas keçirilərək könüllülərin təklifləri dinlənilmişdir. Həmçinin könüllülərin vəzifə bölgüsü və həyata keçiriləcək işlərin planı tərtib edilmişdir.
Layihənin 6 ay davam etməsi nəzərdə tutulur. “Cığır” MDİD İB sədri Yeganə Mirzəyeva gənclər tərəfindən təklif edilən layihəyə verilən dəyər, diqqət haqqında öz xoş təəssüratlarını bildirdi, gənclərin cəmiyyətimizin inkişafında əvəzolunmaz missiyalarından bəhs etdi, eyni zamanda həyata keçiriləcək layihənin yeniyetmə və gənclərin həyatında yeni parlaq səhifələrin açacağına ümidlərini dilə gətirdi.
Layihə icrası boyu bir çox rəsmi birliklərlə, Gənclər təşkilatları ilə əməkdaşlıqlar nəzərdə tutulur.
“Cığır” könüllüləri olaraq gəncləri oxu mədəniyyətinə təşviq etmək, onların fəaliyyətlərini, dünya görüşlərini artırmaq istiqamətli böyük işlər görəcəyimizə inanırıq.
Qeyri-hökumət təşkilatlarına və Dövlət agentliyinə gənclərimizə yaratdıqları imkanlar üçün dərin təşəkkürlərimizi bildiririk.
Daha sonra “Cığır” İB-nin nəzdində fəaliyyət göstərən “Fidan” tələbə qızlar yurdunda və “Munir” gənclər mərkəzində könüllülərlə görüş keçirildi.
Ölkəmizin hər qarışı bizim üçün əzizdir, lakin layihənin daha çox müharibədən zərər çəkmiş bölgələrdə – Gəncə, Tərtər, Bərdə və “Cığır” MDİD İB əmanətlərinin ən çox yaşadığı Qəbələ, Şəki, İsmayıllı, Oğuz ərazsisində həyata keçirilməsi məsuliyyətimizi birə on artırır, lakin könüllü gənc komandamızın böyük coşqusu layihəni müvəffəqiyyətlə həyata keçirəcəyimizə inam yaradır!