Əmanətlərlə Ramazan.

Əmanətlərlə Ramazan.

Birlik olaraq səbirlə gözlədiyimiz Ramazan ayında bütün layihələrimiz ilə bu ayı ən gözəl şəkildə dəyərləndirməyə, bu ayın bərəkətindən faydalanmağa tələsirik.

Hər gün şövqlə, həyəcanla könüllülərimizin hazırladığı Ramazan proqramında əmanətlərimizlə cəm oluruq. Xeyirsevərlərin ianəsi və duası ilə bir çox xeyirə vəsilə oluruq.

Üzümüzdə sevinc, qəlbimizdə şükürlə Ramazan iftarlarımızın əvəz edilməz qonaqları- əmanətlərimiz və onların anaları ilə bu günə qədər unudulmaz 17 iftar süfrəsində cəm olmaq xoşbəxtliyini yaşadıq.

Bakıda və bölgələrdə ümumilikdə 60 ailəyə 64(128kq) pay qurban əti və ya dolma, 382 əmanətə idman ayaqqabısı, 365 əmanətə Ramazan hədiyyəsi təqdim etdik. Görüşlərdə iştirak edən əmanət analarımıza Yeganə Mirzəyeva tərəfindən yazılan “Oxu yoldur” kitabı təqdim edildi.

Könüllülərin təbəssümündə, əmanətlərin sevinclə döyünən qəlbində, iftar süfrələri üçün maddi-mənəvi dəstək göstərən insanların birliyində Ramazanı cani-könüldən yaşamaq çox dəyərlidir. İftarlarımız hələdə davam edir və Ramazan bayramı yaxınlaşır. Biz “Cığır” İB olaraq bayram günlərində əmanətlərimizə Ramazan sovqatı çatdırmağa, onları bu gözəl gündə sevindirməyə niyyətlənmişik.

Əziz müsəlmanlar, əmanətlərin sevincinə, onların üzündəki təbəssümə vəsilə olmaq, bu xeyirdən pay almaq istəyirsinizsə siz də ianə edərək dəstək ola bilərsiniz.