“Kitab bağı” sosial sahibkarlıq kafemizdə iftar süfrələri təşkil olunur.

“Kitab bağı” sosial sahibkarlıq kafemizdə iftar süfrələri təşkil olunur.

“Kitab bağı” kafesi “Cığır” MDİD İB nəzdində yaradılan və sosial sahibkarlıq istiqamətində fəaliyyət göstərən iaşə müəssisəsidir.

Kafe Yasamal rayonu, Müzəffər Həsənov küç, 35 ünvanında yerləşir və buradan əldə olunan büdcə ilə İB-nin qeydiyyatında olan, ataları dünyasını dəyişmiş uşaqlar üçün yaradılan “Salam Yurdu” təlim-tədris mərkəzinin xərcələrinə dəstək göstərilir.

Mübarək Ramazan ayının başlaması ilə əlaqədar elə ilk gündən “Kitab bağı” kafesi oruc tutmuş şəxslər üçün xüsusi olaraq iftar menyuları təklif edir. Menyuya isti yeməklər, müxtəlif salat növləri, şorba, içkilər, desertlər və s. daxildir.

Qiymətlər təklif edilən paketlerdəki yeməklərə və onların sayına görə dəyişir.

Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar kafedə iş saatı ancaq 19:00-22:00 müəyyən olunub.

Əziz müsəlmanlar, sizi Ramazan ətirli, xoş ab-havalı “Kitab bağı” kafesində iftarınızı açmağa, ailəniz, dostlarınız və sevdiklərinizlə birlikdə müqəddəs ayın son günlərini fərqli və hüzur bəxş edən mühitdə yaşamağa dəvət edirik.