Əmanət və könüllülərlə birgə Abşeron milli qoruğuna səyahət

Əmanət və könüllülərlə birgə Abşeron milli qoruğuna səyahət

“Cığır” ictimai birliyinin könüllü tələbə və əmanət kollektivi Abşeron milli qoruğu Şahdili dəniz gəzintisində oldular.

Gənclər dənizin, dalğaların zövq verici görüntüsünün, təmiz, duru suyun gözəlliyinin şahidi oldular.

Qartal şəklində olan xəritəmizdə gördüyümüz qartalın dimdiyinə səyahət edən abituriyent əmanətlərimiz dənizi seyr etdilər, dənizlə aralarında rabitə qurdular. Hər kəs özünü dənizin azad dalğalarında süzən quştək qanad çalan hiss edirdi. Dənizin iri ləpələrinin arasında suya baş vuran su ilanları da diqqətdən yayınmadı.

Əmanət və könüllülərimiz bu möhtəşəm gündən xoş təəssüratlarla ayrıldılar.

Abşeron milli qoruğun heyəti və müdiriyyətinə, gözəl qarşılanma üçün, həmçinin də yaradılan şərait üçün isə Ekologiya və təbii sərvətlər nazirliyinə dərin minnətdarlığımızı bildiririk.