“Cığır” MDİD İB olaraq sərgilərdə iştirak etdik.

“Cığır” MDİD İB olaraq sərgilərdə iştirak etdik.

“Bu günün gender bərabərliyi dayanıqlı sabahın təminatıdır” devizi altında 5-6 mart tarixlərində “PAŞA Holding“in dəstəyi ilə Gendər Hub Azerbaijan sosial platforması tərəfindən “Woman Bazaar” dayanıqlı inkişaf festivalı baş tutdu.”

2 gün ərzində həyata keçirilən multidisiplinar festivalın əsas məqsədi qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarını artırmaq ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.

“Cığır” MDİD İB olaraq festivala böyük məmnuniyyətlə qatıldıq.
Birliyimiz adından könüllü gənc xanımların əl əməyi sayılan “Amber Soap” təbii sabunlarımızı əks etdirən stendlə, növbəti gün isə “Bağbanın bağçası” layihəsinə məxsus dibçək güllərlə iştirak etdik. Həmçinin festival boyu rəngarəng vörkşoplar, təlimlərə də qatılaraq sosial sahibkarlıq istiqamətində yeni təcrübələr qazandıq.

Festival boyunca qadın sahibkarların məhsullarının satışı icra edildi.
Bununla yanaşı, sahibkarlıq fəaliyyətinin qanunvericilikdə tənzimi, biznes etika və satış texnologiyalarından istifadə imkanları, brendinq, özünümüdafiə, ekofeminizm və qadınların dayanıqlı fəaliyyətinə müsbət təsir göstərəcək digər mövzular ətrafında panel müzakirələr, seminar və vörkşoplar həyata keçirildi. Eyni zamanda aktiv gənc könüllümüz, “Cığır” gənclər idari heyətinin üzvü Şükufə Musayeva “Bağbanın bağçası” gül yetişdirmə layihəsinin məqsədi, əhəmiyyəti haqqında təlim iştirakçılarını məlumatlandırdı.

Bununla yanaşı, 12-13 mart tarixlərində Landmark oteldə həyata keçirilən satış sərgisində də”Cığır” İB-nin sosial sahibkarlıq layihələrindən “Bağbanın bağçası”,”Mülk”, “Amber Soap” öz məhsulları iştirak etmiş, həmçinin könüllü komandamız qonaqlarla xoş ünsiyyət qurub, xeyirdən pay almağa dəvət etmişdir.

Xeyirdən pay alaraq, bizə dəstək olan hər kəsə təşəkkür edirik.