“Oxu” layihəsi çərçivəsində kitabxanalarla əməkdaşlıq

“Oxu” layihəsi çərçivəsində kitabxanalarla əməkdaşlıq

“Cığır” MDİD İB-nin ən yeni layihəsi “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” çərçivəsində Bakının Xətayi, Yasamal, Suraxanı rayonları və Sumqayıt mərkəzi kitabxanasında əmanətlər, dul analar və könüllü gənclər arasında mütaliə saatlarının keçirilməsi üçün davamlı əməkdaşlıq qurulmasına start verilib.

Tədbirin başlanması açıq elan edildikdən sonra layihənin məqsəd və vəzifələri barəsində məlumat verilib

Kitabsevər insanları bir araya toplayan görüşdə “Cığır” İB idari heyətinin üzvü, AMEA, ADU-nun Regionşünaslıq kafedrası, BM fakültəsinin müəllimi coğ.ü.f.d., Sevinc Məmiyeva layihədən gözləntilərinin böyük olduğunu dilə gətirərək sevgi bağlarının insan ruhuna mənəvi təsirindən, birlikdə ruh bağı quraraq bütün münaqişə və müharibələrdən qaça biləcəyimizi, bunun üçün də cəmiyyətin savadlı gələcəyə ehtiyacı olduğunu vurğulayıb.
“Cığır”ın hər il əmanətlər arasında mütaliə sevgisi və mədəniyyətinin artması yönündə keçirilən “Kitab ətri” layihəsi barəsində də geniş məlumat verilib.

Tədbir əmanətlər, analar və könüllü gənclərin bərabər şəkildə “Qanun” nəşriyyat evindən çapdan çıxan və birliyimiz üçün əldə etdiyimiz Karlo Kallodinin “Pinokkionun macəraları” kitabının mütaliəsi ilə davam edib və ilkin mərhələ üçün sözügedən kitabın seçilməsinin əhəmiyyətindən bəhs olunub. “Oxu” layihəsi ilə bağlı könüllülər və əmanətlər çıxış edərək mütaliənin dünyagörüşümüzün formalaşmasında önəmini qeyd ediblər.

Daha sonra görüşdə kitabxanaların önəmi, kitabxanaçıların layihəmizə qatqıları, mütaliə prosesində rolu və motivasiya qaynağı olmasından danışılıb. Layihəmizə dəstək olan Xətayi, Yasamal, Suraxanı, Sumqayıt MKS və “Qanun” nəşrlər evinə minnətdarlığımızı bildiririk.