“Cığır” MDİD İB olaraq Şəmkirdə keçirilən KOBFest sərgisində iştirak etdik.

“Cığır” MDİD İB olaraq Şəmkirdə keçirilən KOBFest sərgisində iştirak etdik.

Şəmkir rayonunda KOBFest sərgi-satış yarmarkası təşkil olundu. Yarmarkada sahibkarlıq subyektləri, sənətkarlar məhsul və əl işlərini təqdim ediblər.

“Cığır” İB də KOBFest sərgi-satış yarmarkasında birliyin könüllüləri, əməkdaşları tərəfindən müxtəlif layihələr çərçivəsində hazırlanan məhsullarını, əl işlərini nümayiş etdirdilər.

Yarmarkada “Cığır” İB-nin sosial sahibkarlıq layihələrindən olan Maidetextile xanımların incə zövqlə tikdiyi məhsulları Amber_baku_soap görünüşü ilə diqqəti cəlb edən təbii sabunları, vitraj nümunələri alıcılara təqdim edildi.

Bu gözəl sərgidə bizə dəstək olduğu üçün Şəmkir icra başçısının birinci müavini Zeynallı Süleyman Gəray oğluna öz təşəkkürümüzü bildiririk.