“Cığır” MDİD İB Gəncədə keçirilən KOBfest sərgisində iştirak etdi.

“Cığır” MDİD İB Gəncədə keçirilən KOBfest sərgisində iştirak etdi.

Növbəti KOBFest sərgi-satış yarmarkası Gəncə şəhərində təşkil olunub. KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş yarmarkada Gəncə, Göygöl, Daşkəsən, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib.

KOBFest sərgi-satış yarmarkasında “Cığır” İB-nin könüllüləri, əməkdaşları tərəfindən müxtəlif layihələr çərçivəsində hazırlanan məhsullar, əl işləri nümayiş etdirildi.

Yarmarkada “Maidə tekstil”- xanımları incə zövqlə tikdiyi məhsulları ,”Amber soap” görünüşü ilə diqqəti cəlb edən təbii sabunları, vitraj nümunələrini alıcılara təqdim edib.