Ramazan bayramı-2022

Ramazan bayramı-2022

Oxunun, duanın, mərhəmətin işığına cəm edən Müqəddəs Ramazan bayramında “Cığır” MDİD İB ailəsi  Ağdaş və Quba qeydiyyatlı əmanət ailələr ilə tədbir keçirdi.

Öz işini sevgi ilə icra etməyə çalışan birliyin dəyərli könüllü komandası uşaqların könül dünyasına qapı açaraq onlarla aparılan müzakirələr, söhbətlər, edilən dualar, müxtəlif oyunlarla baş tutan əyləncələrlə bayram tədbirinin daha da unudulmaz olmasına imza atdılar.

Bununla yanaşı xeyirsevərlərin ianə dəstəyi ilə hazırlanmış Ramazan fitrə boğçaları da Ağdaş və Qubada olan əmanətimizə çatdırıldı.

Bakı, Ağdaş və Qubada ümumilikdə 144 əmanət ailəmizin qəlbi Ramazan fitrə boğçası ilə şad edildi.

Qardaş Türkiyədən TİKA (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı/ Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) 100 əmanət ailəmizə Ramazan bayramı sovqatı hədiyyə etdi.

Əmanətlərin bayram və sevinc duyğularını tələbə könüllülərə göstərdikləri
xüsusi dəyər və maraqdan duymamaq qeyri-mümkün idi.

Bayram uşaqların gülüşündə gizlidir. Dostluq, mərhəmət, yardımlaşmaq, şükranlığın təzahür olunduğu Ramazan bayramında gül balaların çöhrəsində təbəssüm yaratmaq üçün çalışan bütün dəyərli xeyirsevərlərimizə təşəkkürümüzü bildiririk.

Uşaqların sülhün bərqərar olduğu dünyada yaşaması və xoşbəxt bayramlar ümidi ilə.