“Cığır” MDİD İB olaraq Park bulvarda keçirilən sərgidə iştirak etdik

“Cığır” MDİD İB olaraq Park bulvarda keçirilən sərgidə iştirak etdik

Park bulvarda 13-15 may tarixlərində “46-cı Əl əməyi, Göz nuru” adlı əl işlərinin nümayişi ilə bağlı olaraq keçirilən sərgidə “Cığır” MDİD İB-nin könüllü müəllim və tələbə komandası olaraq yaxından iştirak edərək birliyin əl işləri hazırlayan üzvlərinin bacarıqlarını tədbir boyunca böyük şövqlə təqdim etdik.

Qurulan stenddə gənc könüllü qızlarımızın hazırladığı göz oxşayan “Amber Soap” əl işi sabunları, əmanət analarımızın göz nuru olan “Maidə tekstil”, həmçinin sosial sahibkarlıq layihəsi çərçivəsində fəaliyyət göstərən “Mülk” xeyriyyə alış-veriş mərkəzinin məhsulları sərgiyə gələnlərin xeyirdən pay almaları ilə yanaşı, onların dərin marağına səbəb oldu.

AQSİA tərəfindən keçirilən sərgilərdə fəal iştirakla əlaqədar olaraq Birliyimizin sertifikatla qiymətləndirilməsi, eyni zamanda USAİD nümayəndələrinin Birliyimizə göstərdiyi diqqət bizi sonrakı fəaliyyətimizə daha da həvəsləndirir.

Keçirilən sərgidə yaradılan şərait və göstərilən dərin diqqət üçün AQSİA, həmçinin digər təşkilatçılara xüsusi təşəkkürümüzü bildiririk!