“Cığır” İB yeni “Biz mehriban ailəyik” layihəsi ilə ailə bağlarının güclənməsi, analarımız və uşaqları ilə birgə maraqlı və gözəl zaman keçirmək üçün görüşlər keçirməyə davam edir.
Daha gözəl cəmiyyət üçün hər biri özlüyündə kiçik bir dünya olan ailə münasibətlərinin daha özəl, mehriban qurulması “Biz mehriban ailəyik” layihəsinin başlıca məqsəd və amalıdır.
Təşkil olunan görüşlərdə günü unudulmaz etmək üçün birliyimizin əməkdaşları və könüllüləri analarımız və uşaqları üçün bir-birindən maraqlı və əyləncəli proqram-yarışlar təşkil etdilər.
Görüşlərdə ailələrimiz ilə fərdi söhbətlər apardıq, onların yaşantı və problemləri ilə maraqlandıq, onların həlli üçün birlikdə müzakirələr apardıq.