” Cığır” MDİD İB Lənkəranda keçirilən KOBFest sərgisində iştirak etdi

” Cığır” MDİD İB Lənkəranda keçirilən KOBFest sərgisində iştirak etdi

Mayın 22-də Lənkəran şəhərində KOBFest sərgi-satış yarmarkası keçirildi. Birliyimizin sosial sahibkarlıq layihələri ilə sərgidə yaxından iştirak etdik.

Təşkil olunmuş sərgidə “Mülk” xeyriyyə alış-veriş mağazasının məhsullarını,”Maidə tekstil” dul xanımlarımızın ərsəyə gətirdiyi əl işlərini,”Amber Soap” görünüşü ilə gözoxşayan təbii efir yağlı sabunlarını birliyimizin könüllü gəncləri böyük bir sevgi ilə hazırlanmış vitrajlarını alıcılara təqdim etdi.

Sərgidə bizə dəstək olduğu üçün Lənkəran İcra Hakimiyyəti Başçısının birinci müavini Möhübbət Babayev Hacıbaba oğluna dərin təşəkkürümüzü bildiririk!