“Cığır” MDİD İB Passage 1901 restoranında keçirilən sərgidə yaxından iştirak etdi

“Cığır” MDİD İB Passage 1901 restoranında keçirilən sərgidə yaxından iştirak etdi

Mənəvi dəyərlərin inkişafına  hər zaman var gücü ilə diqqət göstərən “Cığır” MDİD İB-nin sosial sahibkarlıq layihələri bu dəfə 20, 21, 22 may tarixlərində Passage 1901 restoranında keçirilən Azərbaycan İstehsalçılar festivalında yaxından iştirak etdi.

Tanınmış simaların maraqlı söhbətlərinin, azyaşlılar üçün hazırlanmış əyləncəli şouların, master-klasların da yer aldığı bu tədbirdə birliyimizin könüllü gəncləri tərəfindən hazırlanmış rəngli, gözoxşayan “Amber soap” sabunları, işini sevgi ilə icra edən dul analarımızın ərsəyə gətirdiyi “Maidə tekstil” əl işləri, könüllü heyətinin hazırladığı əsrarəngiz vitrajları, eləcə də sosial sahibkarlıq layihələrindən biri olan “Mülk” xeyriyyə alış veriş mərkəzinin məhsulları sərgiləndi.

Stendimizə yaxınlaşaraq maraq və diqqətlərini əsirgəməyən alıcıların birliyimiz haqqında yaranmış xoş və əvəzsiz təəssüratları bizim üçün olduqca sevindirici haldır.

KOBİA-nın başçılığı ilə keçirilən AİFEST22 festivalında Birliyimizə göstərilən səmimi münasibət və qayğı üçün tədbir təşkilatçılarına təşəkkür edirik.