“Cığır” MDİD İB Milli Yaylaq Festivalında yaxından iştirak etdi

“Cığır” MDİD İB Milli Yaylaq Festivalında yaxından iştirak etdi

“Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü və təşkilatçılığı, dövlət qurumların dəstəyi və tərəfdaşlığı ilə Göygöl rayonunun Sarıyal nahiyəsində, Hacıkənd Xan Yaylağında keçirilən II Milli Yaylaq Festivalında yaxından iştirak etdik.

Festivalda Sosial sahibkarlıq layihələrimizdən “Amber soap” əl işi sabunları, dul analarımızın göz nuru “Maidə Tekstil” tikililəri “Mülk” xeyriyyə alış-veriş mərkəzinin məhsulları, festival iştirakçılarının diqqət mərkəzində oldu.