“Cığır” MDİD İB-nin “Mənim məqsədim” layihəsi həyata keçirildi

“Cığır” MDİD İB-nin “Mənim məqsədim” layihəsi həyata keçirildi

Cəmiyyətimizin işıqlı gələcəyinin ayrılmaz hissəsi olan təhsil vətəndaş cəmiyyəti olaraq hər zaman diqqət mərkəzimizdə olmuşdur.

Məhz bu məqsədlə ata himayəsindən məhrum əmanətlərimizə təhsil təqaüdü verməyi hədəfləyən “Mənim məqsədim” layihəsini həyata keçirdik. Layihənin əsas məqsədləri abituriyentləri birliyimiz ilə daha yaxından tanış etmək, onlarda sağlam təfəkkür və həyat tərzi, sosial məsuliyyət və fərqindəlik hissi formalaşdırmaqdır.

Pedaqoq, psixoloq və könüllü tələbə heyəti tərəfindən tərtib edilən 2 günlük təlim müddətində əmanət abituriyentlərimiz birliyin əsas layihələri ilə yaxından tanış edildi və layihənin məqsədini özündə əks etdirən təqdimat, vörkşop və terapiyalar həyata keçirildi.

Daha sonra isə əmanətlərimiz ilə birgə Bakı gəzintisi təşkil olundu. Əmanətlərimiz “Mülk” xeyriyyə alış-veriş mərkəzində
hazırlanan xüsusi səbətlərlə qrup halında Bakının müxtəlif səmtlərində könüllülərimizlə birgə satışlar həyata keçirdilər.

Proqram sonunda aktivliyi, potensialı, bacarığı ilə seçilən əmanətlər təhsil təqaüdü ilə təmin ediləcək.

İşıqlı sabahımız naminə onların məqsədinə birlikdə dəstək olaq.