“Bağbanın bağçası” layihəsinin növbəti gül satışı baş tutdu

“Bağbanın bağçası” layihəsinin növbəti gül satışı baş tutdu

Bağbanın bağçası sosial sahibkarlıq layihəsi tərəfindən növbəti dəfə küçə satışı təşkil edildi.

Şəhid Polkovnik-leytenant Qərib Baxşəliyevin abidəsi önündə baş tutan satışımızda müxtəlif növ sevgi ilə əkilmiş çiçəklər sahiblərinə qovuşdu.

Küçə satışımızda şəhid Qərib Baxşəliyevin yoldaşı Gülnarə Baxşəliyeva da könüllü gənclərimizlə birgə iştirak etdi.

Ümid edirik ki, könlümüzün istisindən pay ayırdığımız çiçəklər daxil olduqları evə ən gözəl şəkildə ətrini yayacaqdır.

Allahdan şəhidimizə rəhmət diləyirik.