“Biz birlikdə güclüyük” layihəmiz ilə əmanətlərimizin qonağı olduq

“Biz birlikdə güclüyük” layihəmiz ilə əmanətlərimizin qonağı olduq

Müxtəlif layihələr ilə cəmiyyətimizə faydalı xidməti amal seçərək fəaliyyət göstərmək mənəvi xəzinəmizdir. Bu şərəfli cığırda şəhid xanımları ilə bərabər olmaq da bizə ilham verir.

“Biz birlikdə güclüyük” layihəsi şəhid xanımlarını və əmanətlərimizi bir araya gətirərək ülfət bağlarımızı daha da möhkəmləndirir.

Növbəti dəfə həyata keçirdiyimiz ziyarətimizdə 2 ailənin qonağı olduq.

“Mülk” xeyriyyə alış-veriş mərkəzinin məhsullarından ailələrimizə sovqat apardıq.

Ziyarətdə şəhid xanımları ailələrlə yaxından tanış olmaq, bir-birlərinin mənəvi halına sözlər ilə naxış vurmağa çalışdılar.

Həmçinin könüllülərimiz də əmanətlərimiz ilə qurduqları ünsiyyət vasitəsi ilə onların rəngarəng dünyasına kiçik səyahətlərə yelkən açdı.